Goranboyda qatı duman avtomobillərin hərəkətində çətinlik yaradıb - FOTO


Sosial 12 Noy 2017 23:33:28 347 0

Goranboyda qatı duman avtomobillərin hərəkətində çətinlik yaradıb - FOTO

Bəzi sürücülər avtomobillərini yol kənarında saxlamalı olublar

Goranboyda qatı duman nəqliyyatın hərəkətində problem yaradıb.

“Report”un Qərb bürosunun məlumatına görə, gün ərzində rayon ərazisində müşahidə olunan dumanlı hava şəraiti axşam saatlarından etibarən daha da kəskinləşib.

Qatı duman səbəbindən rayon ərazisində, Bakı-Qazax magistral yolunun Goranboydan keçən hissəsində, həmçinin Tərtər, Naftalan istiqaməti ilə gedən avtomobillərin hərəkətində çətinlik yaradıb. Nəticədə sürücülər maşınların sürət həddini aşağı endirmək məcburiyyətində qalıblar.

Goranboyun bir neçə kənd yollarında görüntü son dərəcə məhdudlaşdığı üçün bəzi sürücülər avtomobillərini yol kənarında saxlamalı olublar.