Övlad vəfat etmiş valideyninə nə yaxşılıq edə bilər?


Digərləri 12 Noy 2017 23:40:00 346 0

Övlad vəfat etmiş valideyninə nə yaxşılıq edə bilər?

Valideynlər dünyasını dəyişərsə, onların bağışlanması üçün dua etmək, onların adından sədəqə vermək, qohumları ilə əlaqələri daha da möhkəmləndirmək və digər şeylər onlara edilən yaxşılıqdır. Həmçinin, əgər tamamlanmamış fərz Ramazan orucları qalıbsa, onların yerinə tutaraq tamamlamaq və onların əvəzinə həcc etmək və ən üstün yaxşılıqlardan biri də onlar üçün dua etməkdir. Nuh peyğəmbər (Allahın ona və ailəsinə salamı olsun) belə dua etmişdir: "Rabbi-ğ'firli, va li valideyyə, va limən dəxalə beytiyə, mu'minən va li-l-mu'mininə, va-l-mu'mininət, va lə təziidi-z-zaalimiinə illə təbəəra - Ey Rəbbim! Məni, valideynlərimi, mənim evimə mömin kimi daxil olan kimsəni və bütün mömin kişi və qadınları bağışla. Zalımların isə ancaq həlakını artır!" (Nuh, 28). "Hər kim boynunda oruc olduğu halda vəfat etsə, varisi onun əvəzinə oruc tutsun!" (əl-Buxari və Muslim). Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurmuşdur: "İnsan öldükdən sonra (savab qazanmaq üçün etdiyi) əməli kəsilər. Yalnız üç şeydən - qoyub getdiyi davam edən sədəqədən (tikdiyi məscid, yol, məktəb, bulaq, əkdiyi ağac və s.) yaxud insanların mənfəət qazandığı elmindən, yaxud saleh övladının (onun üçün) etdiyi duasından başqa!" (Muslim, 1631). Son.az zikr.az-a istinadən bildirir ki, həmçinin demişdir: "İnsan öldükdən sonra dərəcəsi qaldırılar və (təəcüblənərək) deyər: - Ya Rəbb, bu nədir? Ona deyilər: - Övladın sənin üçün bağışlanma diləmişdir". (İmam Əhməd, 10611). Ənəs ibn Malik (Allah ondan razı olsun) demişdir: "Bir gün Sə'd ibn Ubadə (Allah ondan razı olsun) Peyğəmbə­rin (Allahın ona və ailəsinə salavatı və salamı olsun) yanına gə­lib dedi: "Ya Rəsulullah! Mənim anam vəfat etmiş və malından kasıblara sədəqə verməyi və­siy­yət etməmişdir. Əgər mən onun adından sədəqə versəm bu, ona fayda verərmi?" Pey­ğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) buyurdu: "Bəli, ve­rər. Sənə sədəqə olaraq su verməyi məsləhət görü­rəm". (Səhih Tərğib vət-Tərhib, 961). Digər rəvayətdə o: "Ya Rəsulullah, ən fə­zilətli sədəqə hansıdır?" - deyə soruşmuş, Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) də ona: "Su verməkdir" - de­mişdir. Bun­dan sonra Sə'd (Allah ondan razı olsun) bir su quyusu qazmış və: "Bu, Sə'din (Allah ondan razı olsun) anası üçündür" - demiş­dir. (Əbu Davud, 1683). ​​Valideynlər üçün dua edərək bağışlanma diləmək onlara olan ən böyük yaxşılıqlardan biridir, onları söymək və lənət etmək isə ən böyük günahlardan sayılır.