Yolsuzluq avtomobili və minivenin qarışığı FOTO


Digərləri 12 Noy 2017 23:05:00 248 0

Yolsuzluq avtomobili və minivenin qarışığı  FOTO

Yaponlar oktyabr ayının sonu Tokio avtosalonunda, yolsuzluq avtomobili və kommersiya miniveninin üstün keyfiyyətlərini özündə birləşdirən Tj Cruiser modelini təqdim edəcəklər..

Bir müddət əvvəl Toyota şirkəti ABŞ-ın patent ofisində Tj Cruiser adını qeydiyyatdan keçiririb və artıq avtomobilin bu adla işıq üzü görəcəyi aydınlaşıb. Son.az 4charx.com-a istinadən bildirir ki, Tj Cruiser kompakt sinfə aiddir: uzunluğu - 4300 mm, eni - 1755 mm, hündürlüyü - 1620 mm, təkər bazası isə ortaölçülü krossoverlər kimi - 2750 mm təşkil edir. Tj Cruiser modelinin kub dizaynlı banı, onu ticarət miniveənləri ilə doğmalaşdırır, lakin böyük təkərlər, relyev tağları və hipertrofik radiator barmaqlığı onu yolsuzluq avtomobilinə bənzədir. Tj adı isə belə izah edilir: toolbox - alətlər qutusu və joy - zövq. Tavan, kapot, baqaj qapısı və ön qanadların hörizantal səthləri cızıqlardan qorunmaq üçün xüsusi materialla örtülüb. Həmçinin baqaj və arxa öturacaqların bel hissələrinin hazırlanmasında aşınmaya davamlı materiallardan istifadə olunub. İnteryerdə cəmi 4 kürsü yer alıb, bunlardan üçünü qatladıqda isə 3 metr uzunluğunda əlavə yük bölümü əldə etmək olar. Əsasını 2,0 litrli benzin mühərriki təşkil edən yeni avtomobil hibrid güc aqreqatı ilə təchiz edilib. Ötürmə isə ön, və ya tam olacaq.


Xəbərə aid fotolar