Əsl xoşbəxtliyi Türkiyənin ucqar kəndində tapdı FOTO


Digərləri 12 Noy 2017 22:34:00 292 0

Əsl xoşbəxtliyi Türkiyənin ucqar kəndində tapdı  FOTO

Almaniyada jurnalist işlədiyini, xəbərlərdə çıxan və dünyada yaşanan problemləri oxumaqdan bezdiyini deyən Arbai Türkiyədə dinc və xoşbəxt həyat tapdığını söyləyib.

Türkiyənin bir neçə şəhərində yaşadıqdan sonra Ədirnənin Avarız kəndinə köçən almaniyalı jurnalist Cornelia Arbai əsl xoşbəxtliyi burada tapdığını deyib.

Son.az Sputnik Azərbaycan-a istinadən bildirir ki, Avarız kəndinin alman sakini kənd camaatı ilə qısa müddətdə qaynayıb-qarışdı, onlardan biri oldu. Hazırda o, bağçasında meyvə və tərəvəz əkir, arıçılıqla məşğul olaraq bal əldə edir.

Saxladığı heyvanlara da baxan Arbai ata minir, rəsm çəkir, kənd qəhvəxanasına gedərək burada həm internetə girir, həm də kənd sakinləri ilə söhbət edir.

O, kənd camaatına uzun illər Almaniyada yaşadıqdan sonra Türkiyəyə gəldiyindən, İstanbulda bir müddət işlədikdən sonra şəhər həyatından sıxılaraq fərqli yaşam axtarışında olduğundan bəhs edib.


Xəbərə aid fotolar