ƏhliBeyt davamçıları İmamlardan daha səbirlidirlər?


Digərləri 12 Noy 2017 22:20:00 269 0

ƏhliBeyt davamçıları İmamlardan daha səbirlidirlər?

İmam Sadiqin (ə) səhabələrindən biri nəql edir ki, İmam (ə) buyurur: "Biz səbirliyik, ancaq bizim davamçılarımız bizdən daha səbirlidirlər".

Son.az deyerler.org-a istinadən bildirir ki, həmin şəxs soruşur ki, bu, necə ola bilər? İmam (ə) cavabında buyurur: "Biz bilirik və səbir edirik. Onlar səbir edirlər, halbuki nə olacağını bilmirlər". Səbirlə bağlı Müqəddəs Kitabımızda buyurulur: "Çox peyğəmbərlər olub ki, Allaha sitayiş edənlər onlarla birgə düşmənlərə qarşı vuruşmuş və bu yolda onların başına gələn müsibətlərdən zəifləməmiş və aciz qalmamış, düşmənə də təslim olmamışlar. Allah səbir edənləri sevəndir".  ("Ali-İmran", ayə 146) "Allaha və Onun Rəsuluna itaət edin. Zəifləyib, əzəmət-qüdrətiniz aradan getməsin və bir-birinizlə çəkişməyin. Səbir edin ki, Allah səbir edənlərlədir". ("Ənfal", ayə 24)