QuraniKərimi oxumaq təfəkkürlə birlikdə olmazsa – onda xeyir olmaz


Digərləri 12 Noy 2017 22:10:00 283 0

QuraniKərimi oxumaq təfəkkürlə birlikdə olmazsa – onda xeyir olmaz

O ibadət ki, başa düşmək və dərk etməklə birlikdə olmazsa – onda xeyir olmaz

Belə bir hədis vardır ki: "Hər kim Quran oxuyar və ona əməl etməz, Quran onu lənətləyər". Bu hədisi oxuyan insan belə düşünə bilər ki, əgər Quran bizi lənətləyərsə, onda heç Quranı oxumaq lazım deyildir. Ancaq hədisin buyurmaq istədiyi məqsəd bu deyildir. Hədis buyurur ki, hər kim Quranı oxuyar, ondan fayda aparması üçün gərək təfəkkür etsin və oxuduğu ayələrin mənasını başa düşsün.

Son.az deyerler.org-a istinadən bildirir ki, əlbəttə, Quranı üzündən oxumaq və mənasını başa düşməməyin özü də müstəhəb əməllərdəndir ki, insana savab qazandırar. Ancaq Məsumlarımız (ə) və din alimləri buyurur ki, əgər Qurandan fayda aparmaq istəyirsənsə, yaxşı olar ki, oxuduğun hər bir ayə haqqında bir qədərdayanıb təfəkkür edəsən. Belə olan halda Quranın nə demək istədiyini başa düşəcəksən və istər-istəməz əməllərinə də təsir qoyacaqdır. "(Bu Qur'an,) ayələrində düşünüb arxasınca getmələri (və onda olan dərin maarifi əldə etmələri) və (əsil) ağıl sahiblərinin ibrətgötürmələri üçün sənə nazil etdiyimiz xeyir dolu və mübarək bir kitabdır". ("Sad" 29). Əmirəl-möminin (ə) buyurur: "Bilin ki, Qurani-Kərimi oxumaq təfəkkürlə birlikdə olmazsa - onda xeyir olmaz. Bilin ki, o ibadət ki, başa düşmək və dərk etməklə birlikdə olmazsa - onda xeyir olmaz". İmam Əli (ə) buyurur: "Quran ayələri barəsində təfəkkür edin və ondan ibrət öyrənin. Çünki Quran - ən aydın nəsihət və ibrətlərdir". Ona görə də deyə bilərik ki, hədis Qurandan bəhrə aparanlara deyil, Quran oxumaqda məqsədi və niyyəti başqa olanlara xitab edir. Yəni,niyyəti hidayət və maariflənmək olmaz, bəlkə daha alçaq niyyətlərə malik olar. Ancaq o kəslər ki, Quran vasitəsilə maariflənmək və qəlblərini nurani etmək istəyirsə, gərək Quranı təfəkkür və dərk edərək oxusunlar ki, ondan daha çox bəhrə apa bilsinlər.