McLaren superkar MSO R təqdim edib FOTO


Digərləri 12 Noy 2017 22:05:00 292 0

McLaren superkar MSO R təqdim edib  FOTO

Britaniyanın McLaren şirkəti rəsmi surətdə iki eksklüziv superkarın - McLaren MSO R Coupe və McLaren MSO R Spider-in sirrini açdı. McLaren Special Operations bölməsinin mütəxəssisləri tərəfindən 650S modelinin bazasında yığılmış avtomobillər bir müştərinin sifarişi əsasında hazırlanıb.

Son.az auto.az-a istinadən bildirir ki, kupe və rodster McLaren MSO R Coupe və McLaren MSO R Spider-in xarici görünüşündə, interyerində və texniki təchizatında bir sıra dəyişikliklər edilib. Hər iki avtomobil 3,8-litrlik V8 mühərriki (679 a.g., 700 Nm) ilə təchiz edilib. Xatırladaq ki, superkar McLaren 650S baza variantında 650 a.g. (641) lovğalana bilər.

Bundan əlavə, McLaren MSO R Coupe və McLaren MSO R Spider-in təchizatına titandan hazırlanan təkmilləşdirilmiş qaz buraxma sistemi daxildir. Həmçinin avtomobillərin eksteryeri də dəyişilib: yeni qabaq bamper, kapot, ventilyasiya jalüzləri, damda (kupenin) hava çıxıntıları, yan güzgü korpusları, baqaj qapısı.


Xəbərə aid fotolar