Əl sıxaraq ölüm riskinizi öyrənin


Digərləri 12 Noy 2017 21:51:00 269 0

Əl sıxaraq ölüm riskinizi öyrənin

Kanadalı elm adamları əl sıxmaqla ürək-damar xəstəlikləri riskini öyrənməyin mümkün olduğunu açıqlayıblar. Son.az publika.az-a istinadən xəbər verir ki, dinamometr aləti sayəsində əl sıxaraq əzələlərin gücünü ölçmək və bununla da ürək-damar xəstəliklərinə yaxalanma, hətta erkən ölüm riskini müəyyənləşdirmək mümkündür. 17 ölkədən 35-70 yaşındakı 140 mindən çox insanın iştirak etdiyi araşdırma sübut edib ki, 5 kiloqram güc itkisi erkən ölüm riskini 16 faiz artırır. İnsanın əl əzələləri nə qədər güclüdürsə, ürək damar xəstəliklərinə yaxalanma riski bir o qədər az olur. Elm adamları "dinamometr testi"nin hələlik, təcrübə mərhələsində olduğunu, ancaq gələcəkdə bu üsulun təzyiqin ölçülməsində daha etibarlı nəticə verə biləcəyini iddia edirlər.