Xurma sirkəsinin faydaları


Digərləri 12 Noy 2017 21:45:00 330 0

Xurma sirkəsinin faydaları

Xurma sirkəsi pomidor turşuları kimi qarışıq turşularda da istifadə edilir. İlıq su ilə qarışdırılan xurma sirkəsi içilməli maye kimi istifadə edilə bilər.

Son.az deyerler.org-a istinadən bildirir ki, dərini gözəlləşdirib bəsləyən xurma sirkəsi dəriyə parlaqlıq verir. İmmuniteti gücləndirən xurma sirkəsi zehni yorğunluqlara qarşı yaxşı təsir göstərir. Ağız içində çıxan müxtəlif yaraları yaxşılaşdırır. Bədənimizdə yaranan açıq yaraların üzərinə sürtüldüyündə yaxşılaşdırıcı bir təsirə malikdir. Qan şəkərini tənzimləmədə olduqca təsirli olan xurma sirkəsi ani şəkər tutmalarına mane olaraq maddələr mübadiləsini nizamlaya bilir və piylərin yandırılmasını da sürətləndirir.

Xurma sirkəsi necə hazırlanır? 20-25 ədəd quru xurmanı yuyun. Yarısını doldurmayacaq şəkildə orta boy bir qaba əlavə edirik. Sonra qabın ağızına üç barmaq qalacaq şəkildə su əlavə edin. İncə bir bez ilə ağızını örtün və 35 - 40 gün qədər sərin və qaranlıq bir mühitdə saxlayın. Bu müddətin sonunda üzərində tortalar meydana gələcək. Süzüb təkrar qaba əlavə edin və qabın qapağını möhkəmcə bağlayın. Sirkəni 1 gün daha saxlayın və sonda sirkə hazırdır.