Yetim uşağı saxlayıb böyütmək nə dərəcədə savabdır?


Digərləri 12 Noy 2017 21:50:00 307 0

Yetim uşağı saxlayıb böyütmək nə dərəcədə savabdır?

Yetimlərə himayədarlıq etməyin nə dərəcədə üstün bir əməl olduğunu bilmək üçün iki hədis qeyd etmək kifayətdir. Aişə (Allah ondan razı olsun) rəvayət edir ki, Allah Elçisi (salləllahu aleyhi və səlləm) belə buyurdu: "Mən və özünün və ya başqasının yetiminə himayədarlıq edən Cənnətdə birlikdə ola­ca­ğıq. Dullara və yoxsullara kömək edən isə Allah yolunda olan müca­hid kimidir". (ət-Tabərani "Mu'cəmul-Əvsat", 4742). Son.az zikr.az-a istinadən bildirir ki, Səhl (Allah ondan razı olsun) rəvayət edir ki, Allah Elçisi (salləllahu aleyhi və səlləm) orta bar­mağıyla işarə barmağını yan-yana azacıq aralı tutub demişdir: "Mən və yetimin hi­ma­yədarı Cənnətdə beləcə (bu iki bar­maq kimi) olacağıq". (əl-Buxari, 5304). Teqlər: ailə