Alimlər alma sirkəsinin faydalarını açıqladılar


Digərləri 12 Noy 2017 20:45:00 252 0

Alimlər alma sirkəsinin faydalarını açıqladılar

Hamı çox gözəl bilir ki, alma meyvəsi sağlamlığı qorumağa yardım edir, lakin bəzi insanlar alma sirkəsinin misilsiz faydalarından xəbərsizdirlər.

Son.az deyerler.org-a istinadən bildirir ki, alimlərin keçirdiyi araşdırmaların nəticəsində məlum olub ki, qida rasionuna alma sirkəsinin əlavə edilməsi orqanizmə çox müsbət təsirlər qoyur. Alimlərin sözlərinə görə, alma sirkəsi həzmə yardım edir. Eyni zamanda alma sirkəsi ağızdakı pis qoxularla mübarizə aparır və dərini daha sağlam edir. Bununla yanaşı alma sirkəsi artıq çəkidən də azad olmağa yardım edir. Alimlər alma sirkəsinin 2 qaşığını 1 stəkan suya əlavə edib yeməkdən qabaq qəbul etməyi tövsiyə edirlər.