Sabunçuda evləri su basıb VİDEO


Digərləri 12 Noy 2017 20:27:00 287 0

Sabunçuda evləri su basıb  VİDEO

Evlər və həyətlər qrunt suları içərisindədir. Həm insanlar, həm də avtomobillər hərəkət etməkdə çətinlik çəkir.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, söhbət Sabunçu rayonu, Savalan yaşayış massivindən gedir. Sakinlərin sözlərinə görə, uzun müddətdir ki, yaşadıqları ərazi qrunt sularının altında qalıb. Sakinlər bildirir ki, qarşıdan qış fəsli gəldiyindən vəziyyət daha acınacaqlı olacaq. Müvəqqəti çıxış yolu kimi həyətlərə qum səpilir. Amma bunun da faydası yoxdur. Ərazidə kanalizasiya xətti olmadığından və yaşayış massivində insanlar çoxaldıqca vəziyyət daha da pisləşir. Sakinlər problemlərinin həllini gözləyirlər.


Xəbərə aid video