"Həbs qərarı qeyriqanunidir"


Dünya 12 Noy 2017 19:54:00 334 0

"Həbs qərarı qeyriqanunidir"

Rusiya paytaxtının Basman rayon məhkəməsi Telman İsmayılovun qiyabi həbsinə dair hökm çıxarıb. Moskvadakı Çerkizov bazarının sabiq sahibi iki qətlin təşkilində ittiham olunur, onun vəkili İnterfax agentliyınə bildirib.

Marina Rusakovanın sözlərinə görə müdafiə tərəfi 30 oktyabrda çıxarılmış "qeyri-qanuni qərara" qarşı apellyasiya şikayəti verib.

İşlə bağlı məhkəmə iclası 15 noyabrda keçirilməlidir.

Telman İsmayılova qarşı irəli sürülən ittihamlar 2016-ci ildə Moskva yaxınlığında baş vermiş iki qətl epizodu ilə bağlıdır, iş adamı həmçinin qeyri-qanuni silah dövriyyəsində təqsirləndirilir.

Son.az BBC-yə istinadən bildirir ki, sahibkar bütün ittihamları rədd edir.

Marina Rusakovaya əsasən İsmayılov ittihamların təqdim edilməsi üçün istintaq tərəfindən dəvət olunmayıb. Vəkil müştərisinin Rusiyada olmadığını qeyd edib.