Ürək ağrısına qarşı Qurandan hansı ayəni oxumaq lazımdır?


Digərləri 12 Noy 2017 19:50:00 351 0

Ürək ağrısına qarşı Qurandan hansı ayəni oxumaq lazımdır?

Ağrını kəsmək üçün xüsusi bir ayə yoxdur, lakin ümumən Quran oxumaq və ya dinləmək möminlərə şəfadır.

Son.az zikr.az-a istinadən bildirir ki, Uca Allah buyurur: "Bilin ki, qəlblər ancaq Allahı zikr etməklə rahatlıq tapır!" (ər-Rad, 28). Bir səhabə bədənindəki ağrıdan Peyğəmbərə (salləllahu aleyhi və səlləm) şika­yət etdi. Peyğəm­bər (salləllahu aleyhi və səlləm) ona belə buyurdu: "Əlini bədənində ağrı hiss etdiyin yerə qoy! Sonra üç dəfə "Bismilləh" və yeddi dəfə "Əuzu billəhi və qudratihi min şərri mə əcidu və uhəziru" - (Hiss etdiyim və çəkdiyim ağrıların şərindən Allaha sığını­ram) - de!" (Muslim, 4082).