Günah fikir günahdırmı?


Digərləri 12 Noy 2017 19:20:00 297 0

Günah fikir günahdırmı?

Əmirəl-möminin (ə) buyurur: "O kəs ki, günah haqqında çox düşünər, (bu iş) onu günaha tərəf çəkər".

Son.az deyerler.org-a istinadən bildirir ki, günah haqqında çox düşünmək insanı günaha dəvət edər. İnsanda günah etmək üçün stimul yaradar.   O zamana qədər ki, günah etməmişik, bizə günah yazılmaz. Ancaq insan üçün elə qaranlıq və zülmət gətirər ki, onu günah yoluna çəkər.   Ona görə də insan günah fikirlərini özündən dua, təvəssül və bacardığı hər bir vasitə ilə qovmalıdır. Bu cür fikirlərin qarşısını almaq üçün insan xəlvətdə qalmaqdan çəkinməlidir. Əgər görsək ki, xəlvət edən zaman günah haqqında düşünürük, Allaha təvəkkül edək və başqa yaxşı şeyləri düşünməyə çalışaq.   Allahdan aşkarda və xəlvətdə yardım istəyək. Sonra isə hər gün Əhli-Beytə (ə) 100 salavat hədiyyə etməyi unutmayaq. (Həvzəh)   Ona görə də deyə bilərik ki, günah haqqında düşünmək insana günah qazandırmaz, ancaq ruhunu və canını zülmətə salar və günaha tərəftəhrik edər. Bu səbəbdən belə çirkin əməldən çəkinməyə çalışaq və günah üçün zəminələr hazır etməyək, şeytanın (lən) vəsvəsələrindən Allahapənah aparaq.   "Şübhəsiz, təqvalı olanlara şeytandan bir vəsvəsə yetişsə, (ya qəlblərdə dolanan bir şeytan onların fikirlərinə zərər-ziyan yetirsə, dərhal) (Allahı yadlarına salaraq) özlərinə gələr və onda gözüaçıq olarlar". ("Əraf" 201).