"Rockwell" şirkəti "Azərbaycan Hava Yolları"nın yeni “Boeing 737 MAX” təyyarələri üçün avadanlıq tədarük edəcək


Digərləri 12 Noy 2017 18:38:00 312 0

"Rockwell" şirkəti "Azərbaycan Hava Yolları"nın yeni “Boeing 737 MAX” təyyarələri üçün avadanlıq tədarük edəcək

"Rockwell Collins International" şirkəti "Azərbaycan Hava Yolları"nın (AZAL) yeni "Boeing 737 MAX" təyyarələri üçün bort elektronikası, əyləncə sistemləri və kommunikasiya avadanlığının tədarükçüsü seçilmişdir.

Son.az-ın məlumata görə, müvafiq saziş "Azərbaycan Hava Yolları" QSC-nin vitse-prezidenti Eldar Hacıyev və "Rockwell Collins International" şirkətinin Baş vitse prezidenti Kolin Mahoni tərəfindən ən böyük aerokosmik beynəlxalq sərgi "Dubai Airshow 2017" çərçivəsində imzalanmışdır.

Yeni avadanlıq sərnişinlərə bütün uçuş ərzində simsiz internetə giriş təqdim edəcək, həmçinin təyyarə göyərtəsində multimedia əyləncəsini yeni səviyyəyə qaldıracaq. Xatırladaq ki, bu ilin aprel ayında Azərbaycanın "Silk Way Airlines" aviaşirkəti və Amerikanın "Boeing" Korporasiyası 10 "Boeing 737 MAX" sərnişin təyyarəsinin alınmasına dair müqavilə imzalayıblar. Milli aviadaşıyıcı "Azərbaycan Hava Yolları" sözügedən təyyarələrin operatoru olacaq. İlk iki yeni nəsil təyyarə Azərbaycana 2018-ci ilin sonunda, qalanları isə 2020-ci ilin sonuna kimi gətiriləcək.