İtaliya millisində yeni baş məşqçi olmağa namizədlər məlumdur


İdman 12 Noy 2017 17:19:00 275 0

İtaliya millisində yeni baş məşqçi olmağa namizədlər məlumdur

İtaliya millisində baş məşqçi dəyişikliyi reallaşa bilər. Goal.az xəbər verir ki, "mavi eskadra" 2018-ci il dünya çempionatına vəsiqə qazana bilməsə, Campiero Ventura istefaya göndəriləcək. 2017-ci ilin avqustunda 69 yaşlı mütəxəsis İtaliya Futbol İttifaqo ilə müqaviləsini 2020-ci ilə kimi uzatmışdı. Ventura ilə yollar ayrılacağı halda Karlo Ançelotti, Antonio Konte və Luici Di Byaco bu posta əsas namizədlər olacaq. Adları çəkilən məşqçilərdən yalnız Ançelotti işsizdir. Millinin sabiq çalışdırıcısı Konte hazırda "Chelsea", Di Byaco isə İtaliyanın gənclər yığmasında işləyir.