Qurban Qurbanov millini Antalyada toplayacaq


İdman 12 Noy 2017 15:52:00 281 0

Qurban Qurbanov millini Antalyada toplayacaq

Milli komandamız yeni çalışdırıcısı Qurban Qurbanovun rəhbərliyi altında ilk təlim-məşq toplanışını Türkiyədə keçəcək. Goal.az xəbər verir ki, yığma komanda Topaz Premyer Liqasının dövrələrarası fasiləsi zamanı - yanvar ayında bir araya gətiriləcək. Toplanış yanvarın 25-də start götürəcək və fevralın 2-dək davam edəcək. Qurban Qurbanov hazırlıqları Türkiyənin Antalya şəhərində keçirəcək. Qış fasiləsinə dekabrın 3-də yollanacaq Premyer Liqa iştirakçıları mövsümün 2-ci yarısına fevralın 10-da start verəcəklər.