Bərdədə "Mercedes"lə "Niva" toqquşub, xəsarət alan var


Digərləri 12 Noy 2017 16:01:00 289 0

Bərdədə "Mercedes"lə "Niva" toqquşub, xəsarət alan var

Bərdədə yol-nəqliyyat hadisəsi baş verib.

Son.az report.az-a istinadən bildirir ki, hadisə rayonun Heydər Əliyev prospektində qeydə alınıb.

Belə ki, prospektdə "Mercedes" markalı avtomobillə "Niva" markalı maşın toqquşub. Qəza nəticəsində "Mercedes"in sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri alıb.