Aquero millinin tarixində ən sərrast 3-cü futbolçudur


İdman 12 Noy 2017 15:14:00 330 0

Aquero millinin tarixində ən sərrast 3-cü futbolçudur

Argentina millisinin hücumçusu Serxio Aquero Rusiya ilə oyunda (1:0) yeganə qolun müəllifi olub. Goal.az xəbər verir ki, bununla da təcrübəli forvard millinin tarixində ən sərrast 3-cü futbolçu olub. 29 yaşlı hücumçunun aktivində 35 qol var. Ernan Krespo da Argentina forması ilə eyni sayda qol vurub.

Diyeqo Maradona 32, Qonzalo Hiquain 31 dəfə fərqlənib. Aquero Qabriel Batistuta (54) və Lionel Messidən (61) geri qalıb. Aquero "Manchester City"də 178 qol vurmaqla klubun tarixində ən sərrast futbolçu olub.