Beynəlxalq koalisiyanın Suriyaya endirdiyi zərbə nəticəsində 10 dinc sakin həlak olub


Dünya 12 Noy 2017 14:23:28 350 0

Beynəlxalq koalisiyanın Suriyaya endirdiyi zərbə nəticəsində 10 dinc sakin həlak olub

Zərbəyə yaşayış məntəqəsi və içində yaralıların, həkimlərin olduği təcili yardım maşını məruz qalıb

ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiya Suriyaya hava zərbəsi endirib.

"Report" xəbər verir ki, bu barədə "SANA" agentliyi mənbəyə istinadən məlumat yayıb.

Məlumatda qeyd olunur ki, zərbə İraqla sərhəddəki Deyr ez-Zor vilayətinin Əl-Dueyji kəndinə endirilib. Nəticədə 10 dinc sakin həlak olub.

Agentliyin məlumatına görə, hava zərbəsinə Təl Al-Şaer yaşayış məntəqəsi və içində yaralıların, həkimlərin olduği təcili yardım maşını məruz qalıb.