Sloveniyada prezident seçkilərinin ikinci turu keçirilir


Digərləri 12 Noy 2017 14:19:55 232 0

Sloveniyada prezident seçkilərinin ikinci turu keçirilir

Sloveniyada prezident seçkilərinin ikinci turunda seçki məntəqələri səsvermə üçün açılıb

Bakı Sloveniyada prezident seçkilərinin ikinci turunda seçki məntəqələri səsvermə üçün açılıb. Trend RİA Novosti-yə istinadən məlumat verir ki, bu barədə Sloveniya Dövlət seçki komissiyası öz Twitter bildirib. Seçicilər keçmiş aktyor Maryan Şarets və hazırki prrezident Borut Pahor arasında seçim etməlidirlər. Oktyabrın 22-də keçirilən birinci turun nəticələrinə görə, namizədlərdən heç biri 50%-lik səddi aşa bilməyib. Müstəqil namizəd kimi seçkilərə qatılan hazırkı dövlət başçısı Pahor, 47,21% səs toplayıb. Onun ən yaxın izləyicisi - keçmiş komediya janrı aktyoru və əyalət şəhəri olan Kamnikin meri Şarets 24,76% toplayıb. Seçicilərin fəallığı rekord səviyyədə aşağı 44,23% təşkil edib. Bütün Sloveniyada 1,7 milyon vətəndaş səsvermə hüququna malikdir. Müxtəlif agentliklər tərəfindən aparılan sosioloji araşdırmalar Pahorun ikinci turda qələbəsini proqnozlaşdırır. Sloveniyada prezident beş il müddətinə seçilir. Milan Kuçanın zamanından indiyə qədər heç bir siyasətçi (1992 - ci ilin dekabrindan - 2002-ci ilin dekabrınadək ölkəyə rəhbərlik edib) bu posta iki dəfə seçilə bilməyib. Sloveniya - parlament respublikasıdır. Ölkə prezidenti daha çox formal funksiyalara malikdir.