Bosniyalı hücumçu milli karyerasını başa vurdu


İdman 12 Noy 2017 13:12:00 351 0

Bosniyalı hücumçu milli karyerasını başa vurdu

"Hertha"nın hücumçusu Vedad İbişeviç Bosniya Hertseqovina millisində çıxışını yekunlaşdırıb. Goal.az xəbər verir ki, 33 yaşlı forvard "Le Figaro" nəşrinə bunları deyib:

"Dünya çempionatına vəsiqə qazanmasaq, milli karyeramı başa vurmaq planımda vardı. Son oyundan sonra xeyli düşündüm və getmək qərarına gəldim".

İbişeviç Bosniya millisində 2007-ci ildə debüt edib. 10 il ərzində 82 dəfə millinin formasını geyinən hücumçu 28 qolun müəllifidir.