Alibaba Subaylar Günündə 25 milyard dollardan çox satış edib


Digərləri 12 Noy 2017 13:03:52 237 0

Alibaba Subaylar Günündə 25 milyard dollardan çox satış edib

Çinin ən böyük elektron ticarət platforması hesab olunan Alibabanın satış həcmi ölkə üzrə geniş miqyaslı satışların təşkil olunduğu 11 noyabr Subaylar Günündə 168,3 mlrd. yuan ($ 25,4 milyard) təşkil edib

Bakı. Çinin ən böyük elektron ticarət platforması hesab olunan Alibabanın satış həcmi ölkə üzrə geniş miqyaslı satışların təşkil olunduğu 11 noyabr Subaylar Günündə 168,3 mlrd. yuan ($ 25,4 milyard) təşkil edib. Trend-in TASS-a istinadən verdiyi məlumata görə, bu haqda Sinxua agentliyi xəbər verib. 24 saat ərzində təxminən 812 mln. sifariş yerinə yetirilib ki, bu da ötən ilki göstəricidən 23% çoxdur. Təkcə ilk 4 saat ərzində təxminən 10 mln. sifarişi qəbul olunub. Qeyd edək ki, Alibaba vasitəsilə edilən kütləvi satışlarda dünyanın 206 ölkəsindən 140 minə yaxın xarici brend iştirak edib.