Siciliyada mafioz klanın 20dən çox üzvü yaxalandı


Dünya 12 Noy 2017 12:47:00 292 0

Siciliyada mafioz klanın 20dən çox üzvü yaxalandı

Siciliyada hüquq-mühafizə orqanları və güc strukturları "Santapaola-Ercolano" mafioz qruplaşmasının 24 üzvünü saxlayıb.

Son.az report.az-a istinadən bildirir ki, bu barədə "ANSA" agentliyi xəbər verib.

Bildirilir ki, mafiozlar Kataniya şəhərində fəaliyyət göstəriblər. Onlardan birinin klanın rəhbəri, 51 yaşlı Antonio Tomazellonun sağ əli olduğu qeyd edilir. Bundan əlavə, bildirilir ki, artıq müstəntiqlər qruplaşmanın həbs edilmiş yeddi üzvünə qarşı ittihamlar irəli sürüblər. Mafioz qruplaşma üzvləri qanunsuz silah saxlamaqda, yerli sahibkarlara qarşı təhdidlərdə və reketlikdə təqsirləndirilirlər.