Mərakeşli azarkeşlər Belçikada iğtişaş törədib


İdman 12 Noy 2017 12:35:00 383 0

Mərakeşli azarkeşlər Belçikada iğtişaş törədib

Mərakeş milli komandasının azarkeşləri Belçikanın paytaxtı Brüsseldə iğtişaş törədiblər. Goal.az xəbər verir ki, onlar komandalarının Rusiyada keçiriləcək Dünya çempionatı – 2018-ə vəsiqə qazanmasını şəhərdə iğtişaş törətməklə qeyd ediblər. Xuliqanlar bu məqsədlə küçədə bir neçə avtomobili yandırıblar. Bundan əlavə, onlar şəhər mərkəzində bir neçə müasir incəsənət abidəsini dağıdıblar. Polis azarkeşlərə qarşı su şırnağından istifadə etmək məcburiyyətində qalıb.

Mərakeş millisi Afrika təsnifat mərhələsinin Fildişi Sahilinə qarşı keçirilən oyununda 2:0 hesabı ilə qalib gələrək gələn il keçiriləcək mundiala vəsiqə qazanıb. Dünya çempionatına çıxan digər Afrika ölkəsi Tunis olub.