İraqda hərbi vertolyot qəzaya uğrayıb, ölənlər var


Dünya 12 Noy 2017 12:26:02 288 0

İraqda hərbi vertolyot qəzaya uğrayıb, ölənlər var

Hadisə nəticəsində 7 hərbi qulluqçu həlak olub

İraqda "Mi-17" vertolyotu qəzaya uğrayıb.

"Report"un xəbərinə görə, bu barədə "Iraqi News" xəbər verib.

Xəbərdə bildirilir ki, hadisə Vasit vilayətində baş verib. Belə ki, təlim uçuşunu həyata keçirən vertolyot Əl-Kut rayonunda, eyniadlı bazada qəzaya uğrayıb.

Hadisə nəticəsində 7 hərbi qulluqçu həlak olub.

Qəzanın başvermə səbəbləri araşdırılır.