Jiru UEFA tərəfindən cəzalandırılan Evra barədə danışıb


İdman 12 Noy 2017 11:32:00 313 0

Jiru UEFA tərəfindən cəzalandırılan Evra barədə danışıb

Olivye Jiru UEFA tərəfindən mövsümün sonuna qədər diskvalifikasiya olunan Patris Evra haqqında danışıb. Goal.az xəbər verir ki, fransalı hücumçu 36 yaşlı həmkarına dəstək nümayiş etdirib.

"Ümid edirəm Evra toparlanıb yaşıl meydanlara qayıda biləcək. Ona dəstək nümayiş etdirmək üçün ismarıc yazdım. Milli komandada 5 il keçirmişik. O, həmişə lider olub. Evranın hərəkəti barədə danışmaq çətindir. Bu, instinktə əsaslanan, emosional davranış idi. Azarkeşlərin meydana bu qədər yaxınlaşmasını, ümumiyyətlə anlaya bilmirəm. Patris əla futboçuldur, çoxsaylı titullara sahib çıxıb. Bu vəziyyətdən çıxıb karyerasını fərqli formada başa vuracağına ümid bəsləyirəm" - Jiru deyib.