Fransalı müdafiəçi "Barcelona"da oynamaq istəmədi


İdman 12 Noy 2017 10:30:00 314 0

Fransalı müdafiəçi "Barcelona"da oynamaq istəmədi

"Sevilla"nın müdafiəçisi Kleman Lenqle "Barcelona"nın maraq dairəsinə düşüb. Katalonlar qışda 22 yaşlı futbolçunu transfer etməyi planlaşdırır. Artıq Lenqle də bu məsələyə münasibət bildirib. Goal.az xəbər verir ki, fransalı müdafiəçi Əndəlus klubunda qalmaq istədiyini bildirib.

"Barcelona" yaxşı komandadır, "Sevilla" da həmçinin. Hazırda komandanın La Liqa və Çempionlar Liqasındakı oyunlarına köklənmişəm. Adaptasiya dövrü geridə qalır. İspanca danışmağa çalşıram. Sevilya gözəl şəhərdir, meydanda keçirdiyim vaxtdan razıyam" - Lenqle deyib.

"Sevilla" onu ötən yay "Nancy" klubundan 5 milyon avroya transfer olunub. Onun klubla sözləşməsi 2021-ci ilə kimi nəzərdə tutulub. Lenqlenin müqaviləsində buraxılış qiyməti 30 milyon avro göstərilib.