Tramp: "ABŞ azad Asiya-Sakit okeanı regionunu dəstəkləyir"


Dünya 12 Noy 2017 09:52:10 295 0

Tramp: "ABŞ azad Asiya-Sakit okeanı regionunu dəstəkləyir"

ABŞ bu regionda müstəqil tərəfdaşlara malik olmaq istəyir

ABŞ prezidenti Donald Tramp Vyetnam prezidenti Çan Day Kuanqomla birgə mətbuat konfransında bildirib ki, rəsmi Vaşinqton Asiya-Sakit okeanı regionunun azad və açıq olmasını dəstəkləyir.

"Report" xəbər verir ki, bu barədə tass məlumat yayıb.

"Birləşmiş Ştatlar güclü, müstəqil ölkələrin bir-birinin suverenliyinə hörmət etdiyi, qanunun aliliyinə tərəfdar olduğu və məsul ticarəti inkişaf etdirdiyi Hind-Sakit okeanı regionunun azad və açıq olmasına sadiqdir", - deyə Tramp bildirib.

Onun sözlərinə görə, ABŞ bu regionda müstəqil, kənar dövlətlərdən idarə edilməyən tərəfdaşlara malik olmaq istəyir.

"Biz dürüst və ikitərəfli ticarət prinsiplərinə tərəfdar olan partnyorlarla ikitərəfli razılaşmalar imzalamağa cəhd edirik", - deyə Ağ Ev rəhbəri bildirib.