Nazir müavini: Aİ və Azərbaycan arasında aviasiya sazişi yaxın zamanlarda imzalana bilər


Digərləri 12 Noy 2017 08:00:00 272 0

Nazir müavini: Aİ və Azərbaycan arasında aviasiya sazişi yaxın zamanlarda imzalana bilər

Avropa İttifaqı ilə Azərbaycan arasında vahid aviasiya məkanı haqqında saziş yaxın zamanlarda imzalana bilər.

Avropa İttifaqı (Aİ) ilə Azərbaycan arasında vahid aviasiya məkanı haqqında saziş yaxın zamanlarda imzalana bilər. Bunu trend-ə Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev deyib. Onun sözlərinə görə, bu saziş üzərində işlər davam edir və sazişin noyabrın 24-ü Brüsseldə keçiriləcək “Şərq tərəfdaşlığı” sammiti çərçivəsində imzalanacağı da istisna olunmur.