"Spice Girls" qrupu 2018-ci ildə yenidən fəaliyyətə başlayacaq


Digərləri 12 Noy 2017 06:24:32 166 0

"Spice Girls" qrupu 2018-ci ildə yenidən fəaliyyətə başlayacaq

Musiqi kollektivi bir sıra layihələr üzərində işləyəcək

1990-ci illərdə populyarlığın zirvəsində olan "Spice Girls" pop-qrupunun üzvləri 2018-ci ildə yenidən birləşərək birgə fəaliyyət göstərəcək.

"Report" "The Sun" nəşrinə istinadən xəbər verir ki, belə gözlənilməz addıma televiziyada yeni şou veriliş və növbəti albomun buraxılması da daxil olmaqla bir sıra layihələr üzərində iş səbəb olub.

Viktoriya Bekhemin əvvəllər həmişə bu tip təkliflərə qarşı olduğunu bildirməsinə baxmayaraq, bu dəfə o da digər sabiq solistlərlə birgə buna razılıq verib.

Qrupun "Viva Forever" adlı mahnısı 1998-ci ilin əsas hiti olmuşdu və il ərzində musiqi çartlarının siyahısında qalmışdı.