İsrail hərbçiləri Livan sərhədçiləri istiqamətində atəş açıblar


Dünya 12 Noy 2017 05:52:41 350 0

İsrail hərbçiləri Livan sərhədçiləri istiqamətində atəş açıblar

Hadisə sərhədin hər iki tərəfində gərginliyə səbəb olub

İsrail sərhədçiləri şənbə günü Mərcayun rayonunun Blida yaşayış məntəqəsi ərazisində Livan hərbçilərinə xəbərdarlıqedici atəş açıblar.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə "Al Wataniya" nəşri yazıb.

Bildirilir ki, hadisə sərhədin hər iki tərəfində gərginliyə səbəb olub.

BMT müvəqqəti qüvvələrinin Livandakı sülhməramlıları hazırda atəşin açılmasına səbəb olan amilləri araşdırır.