Xalça Muzeyində “Keramikanın yaranması və inkişaf mərhələləri” haqqında mühazirə təşkil olunub


Digərləri 12 Noy 2017 00:16:38 153 0

Xalça Muzeyində “Keramikanın yaranması və inkişaf mərhələləri” haqqında mühazirə təşkil olunub

Mühazirəni ADRA-nın "Bədii keramika, şüşə və metal" kafedrasının müdiri Saleh Məmmədov deyib

Noyabrın 11-də Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının "Bədii keramika, şüşə və metal" kafedrasının müdiri, dosent Saleh Məmmədovun “Keramikanın yaranması və inkişaf mərhələləri” adlı mühazirəsi keçirilib.

"Report"un məlumatına görə, tədbir Azərbaycan Xalça Muzeyində baş tutub.

Mühazirədə keramika sənətinin yaranma tarixi, inkişaf mərhələləri, hazırlanma texnologiyaları, növləri və müasir dövrdə inkişafından bəhs edilib.