Qəza baş verib, qadın yaralanıb


Digərləri 11 Noy 2017 23:34:00 260 0

Qəza baş verib, qadın yaralanıb

Biləsuvarda yol qəzası baş verib.

Son.az report.az-a istinadən bildirir ki, hadisə Ələt-Astara magistral yolunun Biləsuvar rayonundan keçən hissəsində, döngədə qeydə alınıb.

Qəza zamanı "VAZ 2109" markalı avtomobillə digər minik avtomobili toqquşub. Nəticədə bir nəfər sərnişin, Lənkəran rayonu Vilva kənd sakini, 1966-cı il təvəllüdlü Məhərrəmova Şahidə Ağakişi qızı müxtəlif bədən xəsarətləri alıb. Yaralı qadın Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ona ilkin tibbi yardım göstərilib.