Avtomobillər üçün özünü diaqnostika edən sistem hazırlanır


Digərləri 11 Noy 2017 22:58:00 279 0

Avtomobillər üçün özünü diaqnostika edən sistem hazırlanır

Yaxın iki il ərzində Massaçussets Texnologiya İnstitutunun mühəndisləri avtomobilin diaqnostikası sistemi üzərində işləri bitirməyi nəzərdə tuturlar. Belə sistemlə təchiz edilmiş avtomobilin sürücüsü mobil proqram vasitəsilə maşına lazım olan təmir, yürüş, detalların sıradan çıxması barədə məlumat əldə edəcək.

İstehsalçıların qiymətləndirməsinə görə, sistem minik avtomobillərinin sahiblərinə köhnəlmiş və nasaz detalların vaxtında əvəz olunması hesabına ildə orta hesabla 125 dollar qənaət etməyə imkan verəcək. Yük maşınları üçün bu rəqəm ildə 600 dollar təşkil edir. Hesablamaya avtomobilin qəfildən nasaz olması zamanı itirilmiş mənfəət daxil edilməyib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, tənzimləyicilərdən daxil olan informasiyanın analizi üçün smartfonun prosessorunun gücü kifayətdir və yalnız diaqnostikanın bəzi növləri üçün kompüter lazımdır. Diaqnostikanın dəqiqliyi 90 faizi ötüb. Bundan başqa, sistem heç vaxt mövcud olmayan problem haqqında məlumat verməyərək yanlış məlumatlandırma testindən də keçib.