Evlərdən oğurluq edən şəxs saxlanılıb FOTO


Kriminal 11 Noy 2017 22:22:00 299 0

Evlərdən oğurluq edən şəxs saxlanılıb  FOTO

Siyəzəndə evlərdən oğurluq edən şəxs saxlanılıb.

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan Son.az-a verilən məlumata görə, noyabrın 11-də Siyəzən RPŞ-nin əməkdaşlarının "isti izlər"lə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində ayrı-ayrı vətəndaşlara məxsus evlərdən oğurluq edən şəxs tululub.

Şübhəli şəxs qismində saxlanılan Siyəzən rayon sakini Xəyyam Şahbazov Rayon Polis Şöbəsinə gətirilib. Ətrafında aparılan istintaq-əməliyyat tədbirlər nəticəsində məlum olunub ki, o, fərqli vaxtlarda rayon ərazisində əvvəlcədən gözaltı etdiyi, qapısı asma qıfılla bağlı olan evlərə pəncərədən keçmə yolu ilə qanunsuz daxil olaraq, ümumilikdə 6 evdən oğurluq edib. Cari ilin oktyabrın 10-dan noyabrın 10-dək  daxil olduğu evlərdən 3 cüt qızıl sırğa, 8 ədəd qiymətli qaşlı qızıl üzük, 3 ədəd qızıl qolbağ, 4 ədəd qızıl klon, 1 ədəd qızıl zəncir, 4 ədəd qızıl diş, 1 ədəd "Nokia" markalı mobil telefon, və digər məişət və bəzək əşyaları oğurlayaraq, ev sahiblərinə ümumi dəyəri təxminən 7000 manat maddi ziyan vurub. 


Xəbərə aid fotolar