Evləri qarət edən qonşular ələ keçdi VİDEO


Kriminal 11 Noy 2017 21:53:00 290 0

Evləri qarət edən qonşular ələ keçdi  VİDEO

Əlbir olan qonşular, digər qonşuların evini qarət ediblər. Son.az bildirir ki hadisə Abşeron rayonunun Masazır qəsəbəsində baş verib. Bayram İbrahimov və qonşusu Fikrət Nağıyev ''102'' xidmətinə məlumat veriblər ki, evdə olmadıqları vaxt mənzildən istilik sistemləri, su nasosu və kabellər oğurlanıb. Hadisə yerinə baxış keçirən polis bu istiqamətdə əməliyyat-axtarış tədbirlərinə başlayıb. Çox çəkməyib ki, polis bu işdə şübhəli kimi elə zərərçəkmişlərin qonşuları - 18 yaşlı Telman Məmmədov və 20 yaşlı Murad Səmədovu saxlayıb. Saxlanılan şəxslər əməllərini etiraf ediblər.

İşin istintaqını aparan müstənit Eldəniz Əsgərovun sözlərinə görə, saxlanılan şəxslər bu şəkildə qəsəbədə 4 evdən oğurluq etməklə vətəndaşlara 8 min manat civarında ziyan vurublar. Onların oğurlayıb satdıqları məişət avadanlıqlarının bir qismini polis aşkar edərək maddi sübut kimi götürüb. Araşdırma zamanı o da məlum olub ki, Telman Məmmədov və Murad Səmədov mis kabelləri əridərək satıb pulu da aralarında bölüblər. Faktla bağlı hər iki şəxs barəsində Abşeron rayon polis idarəsində oğurluq maddəsinin bir neçə bəndi ilə cinayət işi başlanıb.

Bakıda isə qadına məxsus qarajdan xeyli miqdarda pul oğurlanıb. Məlumata görə, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsində yaşayan Raya Əliyeva polisə müraciət edərək özünə məxsus qarajdan 15 min manat pul oğurlandığını bildirib. Nəsimi polisi həmin şikayət əsasında araşdırmalara başlayıb. /xezerxeber.az