İraqda 400 cəsədin olduğu kütləvi məzarlıq tapılıb


Dünya 11 Noy 2017 20:59:28 247 0

İraqda 400 cəsədin olduğu kütləvi məzarlıq tapılıb

Onlar İŞİD terrorçuları tərəfindən öldürülüb

İraqın şimalında İŞİD terror təşkilatı yaraqlıları tərəfindən qətlə yetirilmiş təqribən 400 nəfərin meyitinin olduğu kütləvi məzarlıq aşkar edilib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə şənbə günü ölkənin güc strukturlarındakı mənbələrə istinadən "Al Baghdadia News" portalı məlumat yayıb.

Bildirilir ki, meyit qalıqları Kərkük yaxınlığında yerləşən Əl-Huveycə şəhəri ərazisində tapılıb.

Məzarlıq əvvəllər Amerika hərbçiləri tərəfindən istifadə olunmuş, 2014-cü ilin yayında isə İraqın geniş işğalı zamanı terrorçular tərəfindən ələ keçirilmiş baza ərazisində yerləşir.