Hökumət və şirkətlər artıq məlumatların qorunması üçün...


Digərləri 11 Noy 2017 19:59:00 308 0

Hökumət və şirkətlər artıq məlumatların qorunması üçün...

Kvant kompüterlərin meydana çıxması ilə ənənəvi şifrələmə səmərəliliyini itirəcək.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, texnoloji cəhətdən inkişaf etmiş ölkələr uzun müddətdir ki, əsas diqqəti kvant hesablamalarının kriptoqrafiya üçün yaradacağı təhlükələrə yönəldiblər. Avropa İttifaqı kriptoqrafiyanın inkişafına yalnız 2016-cı ildə 1,13 milyard dollar sərmayə yatırıb. Böyük Britaniya bu məqsədlə 300 milyon, Avstraliya və Kanada isə müvafiq olaraq 25 və 50 milyon dollar maliyyə sərf ediblər.

"ID Quantique" şirkətinin rəhbəri Qrequar Ribordi hesab edir ki, kvant kompüterləri nisbətən geniş yayılmış açıq və bağlı açarlar kimi texniki şifrələmələri uğurla "sındırmağa" nail olanda, məlumatların itkisi daha böyük problemə çevriləcək.

Asimetrik kriptoqrafiyanın əsasında iki açar dayanır. Biri məlumatları şifrələmək, digəri isə onları açmaq üçün istifadə olunur. Nəzəri kvant kompüterləri adi kompüterlərlə müqayisədə məsələləri daha sürətli həll edə və bağlı açarları deşifrə edə biləcək. Kvant hesablamaların inkişaf tempini nəzərə alsaq, bu, artıq 5-10 ildən sonra reallığa çevrilə bilər.