ABŞ-da dünyanın ən bahalı şərabı satılıb


İqtisadiyyat 11 Noy 2017 19:54:28 280 0

ABŞ-da dünyanın ən bahalı şərabı satılıb

Bir qırmızı şərab şüşəsi 350 min dollara alınıb

ABŞ-ın Yeni Orlean liman şəhərində keçirilən xeyriyyə hərracı zamanı bir qırmızı şərab şüşəsi rekord qiymətə – 350 min dollara satılıb.

“Report” "The Daily Meal" nəşrinə istinadən xəbər verir ki, içki məşhur amerikalı şərabçı Cessi Kasem tərəfindən 2015-ci ildə becərilən kaberne-sovinyon üzüm növündən hazırlanıb.

Nəşr qeyd edir ki, şərab ilkin olaraq Hollivud agenti Şep Qordon üçün hazırlanıb, lakin o sonradan şərab şüşəsini Emeril Laqassi xeyriyyə fonduna verib.