Rəfiqəsindən qisas almaq üçün polisi aldatdı FOTO


Kriminal 11 Noy 2017 19:00:00 366 0

Rəfiqəsindən qisas almaq üçün polisi aldatdı  FOTO

Şəkidə dələduzluqla məşğul olan şəxslər saxlanılıblar.

Son.az bildirir ki, DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan APA-ya verilən  verilən məlumata görə, Şəki rayon sakini Məhəmməd Şirinov Şəki Şəhər Rayon Polis Şöbəsinə müraciət edərək naməlum şəxsin yaşadıqları evə basqın edərək bacısı Günəş Mikayılzadənin əllərini və ayaqlarını iplə bağlayaraq, onu öldürəcəyi barədə hədə-qorxu gəldiyini bildirib. Hadisə yerinə baxış keçirilərkən, həqiqətən də, Günəş Mikayılzadənin əllərinin və ayaqlarının bağlanıldığı aşkar edilib.

Araşdırmalar zamanı zərərçəkmiş şəxs baş vermiş hadisə ilə bağlı rəfiqəsindən şübhələndiyini bildirib. 

İstintaq-əməliyyat tədbirləri nəticəsində Günəş Mikayılzadənin ağır cinayət hadisəsi törədilməsini səhnələşdirərək, bilə-bilə yalan ifadə verdiyi müəyyən edilib. 


Xəbərə aid fotolar