"Siz utanmırsınız, bu pulu vermirsiniz? "


Digərləri 11 Noy 2017 18:50:00 287 0

"Siz utanmırsınız, bu pulu vermirsiniz? "

Sumqayıtda şəhər 3-cü mikrorayon,17A nömrəli binada qəribə hadisə baş verib. Belə ki, binada yerləşən mənzil sahiblərindən 3-ü istiliklə bağlı ödənişi etmədiyi üçün "Sumqayıtistiliktəchizatı" İdarəsinin işçiləri tərəfindən binanın giriş hissəsinə elan yapışdırılıb.

Son.az xeberle.com-a istinadən məlumat verir ki, həmin elanda yazılıb ki, binanın 11, 24, 31 nömrəli mənzilləri noyabr ayının 13-nə qədər ödənişi etmədikləri təqdirdə binanın istilik sistemi, mərkəzi istilik sistemindən ayrılacaq.

Maraqlıdır, borcunu ödəməyən 3 mənzil sahibinə görə ödənişi edən mənzil sahiblərinin yaşadıqları evlərdə niyə istilik sistemi kəsilməlidir? Ümumiyyətlə, bu addım atıla bilərmi?

Məsələ ilə bağlı "Azəristiliktəchizat" ASC-nin "Sumqayıtistiliktəchizatı" İdarəsinin rəisi Avtandil Nuriyevlə əlaqə saxladıq. O, qeyd etdi ki, vətəndaşlardan kimsə borcu verməsə məcbur olaraq binanın istilik sistemini mərkəzi sistemdən ayıracaqlar.