Bakıda 3 bitişik evdə baş verən yanğın söndürüldü


Digərləri 11 Noy 2017 18:20:00 235 0

Bakıda 3 bitişik evdə baş verən yanğın söndürüldü

Bakıda 3 bitişik evdə baş vermiş yanğın söndürülüb.

Fövqəladə Hallar Nazirliyindən Son.az-a verilən məlumata görə, paytaxtın Nəsimi rayonunda bir-birinə bitişik, arakəsmələri taxtadan ibarət ümumi sahəsi 150 kv.m olan ikimərtəbəli 6 otaqlı evin yanar konstruksiyaları 30 kv.m, ümumi sahəsi 78 kv.m olan ikimərətəbli 4 otaqlı evin yanar konstruksiyaları 30 kv.m və ümumi sahəsi 125 kv.m olan ikimərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları 30 kv.m (ümumi 90 kv.m) sahədə yanıb.