Ermənistan ordusunun daha bir zabiti barədə cinayət işi başlanıb


Dünya 11 Noy 2017 15:49:43 253 0

Ermənistan ordusunun daha bir zabiti barədə cinayət işi başlanıb

Karen Hovanisyandan orduya yenidən qayıtmaq üçün 3.000 ABŞ dolları məbləğində rüşvət tələb olunub

Ermənistan Müdafiə Nazirliyinin daha bir zabiti barədə Cinayət Məcəllləsinin rüşvətalma maddəsi ilə cinayət işi başlanıb.

"Report" xəbər verir ki, Yerevan şəhəri Lvov küçəsi 29 ünvanda yaşayan Karen Hovanisyandan orduya yenidən qayıtmaq üçün 3000 ABŞ dolları məbləğində rüşvət tələb olunub.

Rüşvətalma faktı ilə əlaqədar hərbi hissənin qərərgah rəisi vəzifəsində xidmət edən kapitan Hamlet Levonyan barədə cinayət işi başlanılıb, araşdırma aparılır. 

Əgər H.Levonyanonun günahı sübuta yetirilərsə, onu uzun müddətə azadlıqdan məhrum etmə cəzası gözləyir.