Təyyarə yarı yolda eniş etməyə məcbur oldu


Digərləri 11 Noy 2017 15:43:00 263 0

Təyyarə yarı yolda eniş etməyə məcbur oldu

Yox, təyyardə heç bir nasazlıq olmayıb. Hər şey qaydasında olub, uçuş da öz qaydasında davam edirmiş. Amma qəfildən salonda hay-küy düşüb. Ər-arvad arasında başlayan dava az qala trillerə çevrilib. Nəticədə Doha (Qatar) - Bali (İndoneziya) marşrutu üzrə uçan təyyarənin kapitanı Çennai şəhərində məcburi eniş etməyə qərar verib.

Son.az bizimyol.biz-ə istinadən xəbər verir ki, davanın səbəbi isə daha maraqlıdır. Ərinin yatdığını görən arvad onun barmağını telefonunun ekranına toxundurmaqla giriş əldə edib. Telefonda ərinin yazışmalarını görən qadın onun fasiləsiz olaraq xəyanət etdiyini başa düşüb.