"Real"ı tənqid edirlər, çünki ona həsəd aparırlar"


İdman 11 Noy 2017 15:24:00 344 0

"Real"ı tənqid edirlər, çünki ona həsəd aparırlar"

Madrid "Real"ının prezidenti Florentino Perez klubun sabiq futbolçu və prezidentləri haqqında çəkilən sənədli filmin premyerasında iştirak edib.

Goal.az xəbər verir ki, film haqda təəssüratlarını bölüşən Perez "Real"ın son oyunları barədə tənqidlərə də münasibət bildirib: 

"Bir dəfə də demişdim "Real"ı tənqid edirlər, çünki ona həsəd aparırlar. Filmdə çox şey məni təəccübləndirdi, mən də bu məlumatları bilmirdim. Film klubun tarixi haqqında çox şey söyləyir. O "Real" ın oyunçusu idi, kapitan, sonra məşqçi, sonra prezident oldu. Bernabeu bu möhtəşəm "Real"ı yaratdı".