Azərbaycana ayaqqabısında külli miqdarda brilyant keçirmək istədi


Kriminal 11 Noy 2017 15:15:00 267 0

Azərbaycana ayaqqabısında külli miqdarda brilyant keçirmək istədi

Brilyant qaşları qanunsuz yolla ölkə ərazisinə gətirmək cəhdi baş tutmayıb.

Dövlət Gömrük Komitəsindən Son.az-a verilən məlumata görə, gömrük əməkdaşları külli miqdarda brilyant qaşların Azərbaycanın gömrük sərhədindən gömrük nəzarətindən gizli və bəyan etmədən keçirilməsinə cəhdin qarşısını alıblar.

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə almaz məmulatının qanunsuz yolla ölkə ərazisinə gətirilməsi barədə daxil olan əməliyyat məlumatına əsasən, İstanbul-Bakı aviareysilə gələn Azərbaycan vətəndaşı nəzarətə götürülüb.

Vətəndaş gömrük nəzarətindən keçərkən saxlanılıb və üzərində gömrük nəzarətinə bəyan edilməli və ya gömrük nəzarətindən gizlədilən hər hansı əşyanın olub-olmadığı soruşulub. O, belə bir əşyanın olmadığını bildirib.