“Əhmədli”də acınacaqlı mənzərə FOTO


Digərləri 11 Noy 2017 15:07:00 290 0

“Əhmədli”də acınacaqlı mənzərə  FOTO

Hər həftənin şənbə-bazar günləri təşkil edilən kənd təsərrüfatı məhsulları yarmarkasından sonra dəhşətli mənzərə yaranır - meyvə-tərəvəz qalıqları, zibil tullantıları küçə boyu səpilir. 

Son.az-ın virtualaz.org-a istinadən məlumatına görə, Xətai rayonu, Məzahir Rüstəmov küçəsi ("Əhmədli" metro stansiyası, "Bakı" kinoteatrının yanı) meyvə qalıqlarından keçilməz olur.

"Küçə boyu səpələnmiş tullantıları toplayıb daşımaq əvəzinə binaların həyətinə, ağacların dibinə atırlar. Üfunətdən nəfəs almaq mümkün deyil", - sakinlər şikayətlərində bildiriblər.

Onların sözlərinə görə, antisanitariya səbəbindən binaların blokları siçovul yuvasına çevrilib. 

"Yarmarkada diri toyuq-cücə satılır, onları elə küçədəcə kəsirlər, içalatını torbaya yığıb ağacın dibinə atırlar. Eləcə də, balığı piştaxtanın üstündə təmizləyirlər, içalatını köhnə vannalara yığırlar", - yaxılıqdakı binanın sakini Allahverdi Musayev söyləyib.


Xəbərə aid fotolar