Sarayda ŞOK OLAY: 25 yaşlı oğlan 9 yaşlı uşağı dəfələrlə zorladı


Kriminal 11 Noy 2017 14:52:00 389 0

Sarayda ŞOK OLAY: 25 yaşlı oğlan 9 yaşlı uşağı dəfələrlə zorladı

Abşeronda 9 yaşlı oğlan uşağına qarşı seksual xarekterli hərəkətlər törətməkdə və uşaqbazlıqda təqsirləndirilən 1992-ci il təvəllüdlü Seyfəddin Əfəndiyevin cinayət işi üzrə məhkəmə başa çatıb.

Son.az publuka.az-a istinadən xəbər verir ki, hadisə Abşeron rayonu Saray qəsəbəsində baş verib. 25 yaşlı Seyfənddin Əfəndiyev qonşuluqda olan 9 yaşlı Samir Babayevi (ad və soyad şərti verilib - red.) zorla həyətlərində olan tövləyə salıb.

Azyaşlıya zorakılıq

Seyfəddin tövlədə Samirə zorakılıq göstərərək, onunla qeyri-təbii yolla cinsi əlaqədə olmaq istəyib. Bu zaman 9 yaşlı oğlan ona etiraz edib. Lakin Seyfəddin güc nümayiş etdirərək, Samiri döyüb və daha sonra əli ilə onun ağızını tutub və paltarını soyunaraq Samirlə qeyri-təbii yolla cinsi əlaqədə olub.

Hədə-qorxu

Daha sonra Seyfəddin Samirə hədə-qorxu gələrək, bu barədə heç kimə deməməsini tapşırıb. O, azyaşlıya deyib ki, bu barədə kimsəyə desə, onu və valideynlərini öldürəcək. Azyaşlıda Seyfəddinin qorxusundan başına açılan oyunla bağlı heç kimə bir söz deməyib. Azyaşlının susmasından istifadə edən Seyfəddin yenə də onunla cinsi əlaqədə olmaq qərarına gəlib. Növbəti gün küçədə rastlaşıdığı Samiri Saray qəsəbəsinin kənarında olan kimsəsiz bir yerə gətirib.

Kimsəsiz yerdə cinsi əlaqə

Orada Seyfəddin yenə də Samirlə cinsi əlaqədə olmaq istəyib. Həmin vaxt Samir Seyfəddinlə cinsi əlaqəyə girməkdən imtina edib. Seyfəddin Samirinin onun təklifindən imtina etməsindən əsəbləşib və onu döyüb. Daha sonra Seyfəddin Samirin şalvarını zorla çıxararaq, onunla qeyri-təbii yolla cinsi əlaqədə olub. Seyfəddin cinsi əlaqədə olandan sonra Samirə yeni də eyni tələblə hədə-qorxu gəlməyə başlayıb.